Azərbaycan alternativ vasitəçiliyin tərəfdarıdır - Mübariz Əhmədoğlu

8 Fevral 2019 16:37 (UTC+04:00)

Almaniya kansleri A.Merkelin Ermənistan siyasətinin ən bəsit təhlili Dağlıq Qarabağ tənzimlənməsinin prioritetliyini sübut edir.

A.Merkel Dağlıq Qarabağ probleminin həlli üzərində ciddi iş başlayıb:

Paşinyan isə Aİ-nin vasitəçiliyini dərhal inkar etdi: Dağlıq Qarabağ tənzimlənməsinin beynəlxalq formalaşmış formatı mövcuddur. Bu, ATƏT MQ- dir.

Qərblə Rusiya arasında Dağlıq Qarabağ tənzimlənməsində gizli rəqabət istisna olunmur. ATƏT MQ-nin Aİ ilə əvəzlənməsinin də alt qatı məhz Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən uzaqlaşdırmaqdır.

Azərbaycanın Rusiyaya qarşı ciddi iradı yoxdur. Rusiya ilə Dağlıq Qarabağ məsələsində əməkdaşlığında müəyyən irəliləyişlər var. Amma Azərbaycanın Dağlıq Qarabağ məsələsində konseptual mövqelərindən biri alternativ vasitəçilikdir. Azərbaycan alternativ vasitəçiliyin tərəfdarıdır. Alternativ vasitəçilik dedikdə ATƏT-in Minsk Qrupuna alternativ vasitəçilikdən söhbət gedir. Çünki ATƏT-in Minsk Qrupunun konsensus mexanizmi erməniləri ruhlandıran, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən yayındıran yeganə mexanizmdir. Ermənilər ona görə Dağlıq Qarabağ münaqişəsinin yalnız ATƏT MQ çərçivəsində həllinin tərəfdarıdırlar.

Digər majoritar səsvermə mexanizmli qurumlar da BMT, Aİ-nin vasitəçiliyinin əleyhinədir. Belə alınır ki, A.Merkel indi artıq Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsində məsuliyyəti öz üzərinə götürməsini Aİ-nin vasitəçiliyi ilə əvəzləyib. Avropa İttifaqının vasitəçiliyi daha vacibdir.

“Deutsche Welle”nin jurnalisti N.Paşinyanı Dağlıq Qarabağ mövzusu ilə bağlı verdiyi suala cavabı dərhal kəsərək onun dediklərinin eynilə Rusiyanın Donbas barədə dedikləri ilə üst-üstə düşdüyünü dedi. N.Paşinyan inkar etsə də faktiki olaraq Almaniyanın mövqeyi bundan ibarətdir.

Beləliklə N.Paşinyan Almaniyadan, Avropa İttifaqından investisiya gözləyirsə hökmən Avropa İttifaqının vasitəçiliyini qəbul etməlidir.

A.Merkelin siyasətində dəqiqlik və konkretlik çox öndədir. Müqayisə üçün deyək ki, N.Paşinyandan bir neçə gün öncə Özbəkistan prezidenti Şövkət Mirziyayev Almaniyada idi, Merkellə görüşdən sonra sənədlərin imzalanma mərasimi keçirildi. Ümumi məbləği 4 milyard dollar olan 9 sənəd imzalandı. Ermənistanın özünü Avropa dövləti hesab etməsinə baxmayaraq A.Merkel heç bir müqavilə imzalamadı.

Avropa siyasətinin lideri A.Merkel kansler fəaliyyətinin sonuna kimi Qərbin Qafqaz siyasətini qurmaq istəyir. Bu vaxtadək Qərbin heç bir lideri bu işlə məşğul olmayıb. Merkel yayda Bakıda olarkən regionun ən əsas probleminin Dağlıq Qarabağ problemi olduğunu bildiyini bəyan etmişdi.

Qərbin Qafqaz siyasətində Azərbaycanın regionun lideri olması, onun enerji və kommunikasiya potensialı bazis rolu oynayacaq. Azərbaycan milli maraqlarını dərk etmiş, buna söykənən siyasət aparmağı bacaran dövlətdir. Azərbaycan müstəqillik illərində yalnız dost və müttəfiq qazanıb. Bu fikri regionun digər dövlətlərinə şamil etmək olmaz.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq