Ermənistanda azyaşlılara qarşı cinayət hadisələri artıb

8 Fevral 2019 21:36 (UTC+04:00)

2018-ci ildə Ermənistanda azyaşlılara qarşı zorlama, oğurlama və qətl kimi cinayət hadisələri artıb.

Ötən il uşaqlara qarşı 317 cinayət işi qeydə alınıb. 2017-ci ildə bu göstərici 265 olub.

Qeyd olunur ki, ötən il 41 döymə, 11 zorlama, 16 seksual xarakterli zorakılıq hərəkətləri, 10 oğurluq, 9 ölümlə hədələmə və digər cinayət halları qeydə alınıb.

Məhkəmə araşdırmaları nəticəsində 305 uşaq zərərçəkmiş hesab olunub ki, onlardan 157-i 12 yaşadək uşaqlar olub.

66 uşağa qarşı ailə üzvü tərəfindən zorakılıq tətbiq edilib. Ümumilikdə 73 nəfər barəsində cinayət işi məhkəmələrə yollanıb. (trend)

AzNews.az