Türkiyəli məşhur müğənni Aydilge xəstəxanaya düşüb.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçən günlərdə Halil Sezai ilə səsləndirdiyi “Aşk Yüzünden” mahnısını yayımlayan Aydilge qızdırma və qripə görə xəstəxanaya yerləşdirilib. Müğənni İstagramda izləyiciləri ilə zarafatlaşaraq “aşk yüzünden yataklara düşdüm” deyib.
Aydilge daha sonra qripi ona həyat yoldaşının keçirdiyi üçün elə açıqlama verdiyini deyib.
Nigar CƏFƏR
AzNews.az