20 nəfər iştirakçı finala vəsiqə qazanacaq - Xalq artisti

9 Fevral 2019 10:37 (UTC+04:00)

Bu gün VII Muğam müsabiqəsinin seçim turu başa çatacaq.

Bunu AzNews.az-a xalq artisti Mənsum İbrahimov deyib. O, bildirib ki, Bakı şəhəri üzrə müsabiqəyə 140 iştirakçı qatılıb: “Bu gün 1-ci tur başa çatacaq. Sabah isə 2-ci tur başlayacaq. 2-ci seçim turunda 20 nəfər iştirakçı finala vəsiqə qazanacaq”.

Bahar RÜSTƏMLİ
AzNews.az