İyrənc hadisənin baş verdiyi xəstəxana bağlanır

9 Fevral 2019 11:37 (UTC+04:00)

ABŞ-da komada olan qadının təcavüzə uğrayıb hamilə qaldığı xəstəxananın bağlanacağı deyilir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Arizona ştatında boğulduğu üçün “Hacienda HealthCare” xəstəxanasına gətirilən və 10 ildir komada olan qadına təcavüz edilib.

Qadın təcavüz nəticəsində hamilə qalıb və 29 dekabrda uşağı dünyaya gətirib.

Xəstəxanadan verilən açıqlamaya görə hadisədən sonra xəstəxana bağlanacaq və 37 xəstə başqa xəstəxanaya transfer ediləcək.

Xəstəxanın keçmiş işçisi Nathan Sutherland haqqında istintaq başladılıb ancaq o, iddiaları qəbul etməyib.

Pərvanə Ağazadə
AzNews.az