Güclü külək pilota çətin anlar yaşatdı – VİDEO

9 Fevral 2019 11:39 (UTC+04:00)

“British Airways” hava yolları şirkətinə aid sərnişin təyyarəsi güclü külək səbəbindən Londonun Hitrou aeroportuna enə bilməyib.

Hadisənin görüntüsü “Big Jet TV”nin YouTube kanalında dərc olunub.

Kadrlarda təyyarənin uçuş-eniş zolağına toxunacağı əsnada güclü küləyin onun tarazlığını pozduğunu görmək olur.

Pilot sayıqlığı itirməyərək, təyyarəni dərhal havaya qaldırıb və aeroport üzərində dövrə vurmağa məcbur qalıb. (Oxu.az)