“Bəbirlinin kələkləri” komediyasında yeni pərdə

9 Fevral 2019 12:54 (UTC+04:00)

Keçən yazımda son dövrlər Azərbaycana, cəmiyyətimizə qarşı yalan və ya təhrif olunmuş məlumatlar üzərindən hibrid üsullarla aparılan sistemli informasiya əməliyyatları həyata keçirilməsinin geniş vüsət alması haqqında, bu hibrid müharibələrdə hərbi məqsədlərin təbliğat alətləri ilə həyata keçirilməsi kimi mövhum olması haqqında söz açmışdım.

Hibrid informasiya müharibələrdə cəmiyyətlərin parçalanması istiqamətində alətlərdən biri də kənar təsir agentlərinin müşayiəti ilə həssas mövzular üzərində manipulyasiya etmək, cəmiyyətləri birləşdirən dəyərlərin gözdən salınması və.s məqsədlərlə aparılan informasiya əməliyyatlarıdır.

Son illərin müasir texnoloji üsullarla paralel, ənənəvi təbliğat üsulları ilə müxtəlif qrupların, xüsusi xidmət və ya kəşfiyyatların müəyyən siyasi və ictimai tədbirlərdən əvvəl cəmiyyətlərə yönəlmiş sistemli informasiya əməliyyatlarının aparılan ölkələrdən biri də Azərbaycan olması heç kimə sirr deyil.

Cəmiyyətləri hədəfə alan hibrid informasiya əməliyyatlarında yalan və təhrif olunmuş məlumatların ötürücüsü rolunu əsasən xarici xüsusi xidmət orqanlarına bağlı kənar təsir agentləri vasitəsilə aparılması təcrübəsi geniş yayılmışdır.

Bütün dünyada kənar təsir agentlərini xarakterizə edən ümumi göstəricilər var. Məsələn belələri, adətən, ölkədən kənarda fəaliyyət göstərən, şübhəli maliyyə qaynaqları olan media orqanları, ölkə daxilində siyasi-ictimai proseslərdə heç bir iştirakı olmayan, sosial media üzərindən "siyasi fəaliyyət" göstərən, kənar təsirlərlə "siyasi dissident " obrazı yaradan mühacirlər, sosial mediada izləyiciləri şübhəli üsullarla artırılan çoxminlik hesablar, blogerlər, maliyyə aktivlərinin mənbəyi şübhəli olan biznesmenlər və s. Kənar təsir agentləri kvalifikasiyaya görə iki qrupa, aktiv və passiv qrupa bölünür.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da istər passiv, istərsə də aktiv statusda olan kənar təsir agentləri ictimai diqqət və əhəmiyyət kəsb edən hadisələr ərəfəsi aktivləşir. Cəmiyyətimiz bu ilin yay aylarında Mingəçevirdə baş verən texnogen qəza və ardınca Gəncədə terror hadisəsi ərəfəsi və sonrası bu qrupların uğursuzluqla nəticələnən mütəşəkkil fəaliyyətinin şahidi oldu.

Son iki ayın anti-Azərbaycan daxili və xarici aksiyalar səngiyən kimi, sanki bu iki ayda belə aksiyaların fonunda kölgədə qalan, sosial medianın Azərbaycan dilli seqmentində kənar təsir agenti kimi özünü sübut etmiş şəxslər yenidən aktivləşməyə başladılar. Qeyd edim ki, belələrinin arasında xarici xüsusi xidmət orqanlarının agenti olmasını özü etiraf etmiş şəxslər də var.

Məsələn, bunlardan biri fəaliyyəti çirkin təxribatlar üzərindən qurulmuş , sosial mediada izlənmə və izləyici sayı şübhəli texnoloji alətlər üzərindən artırılan , ölkədə heç bir siyasi fəaliyyəti olmasa da, Hollandiyada siyasi mühacir həyatı yaşayan Orduxan Bəbirovdur. Bəbirovun ölkədə yerli saytların birinə verdiyi müsahibədən aydın olur ki, mütəmadi olaraq onun evində dinləyicilər yerləşdirilib-yerləşdirilmədiyini yoxlayan şəxslər, xüsusi aparatlarla qapının cəftəsini test edən mühafizəçiləri mövcuddur . Bütün bu xidmətlər isə ona bir xarici dövlətin patronajliğı sayəsində nəsib olmuşdur.

Heç kimə sirr deyil ki, qapının cəftəsini test edən aparatlar, dinləyicilərin və kameraların yerləşdirilib yerləşdirilməməsini aydınlaşdıran qurğularya yoxlanması xüsusi xidmətlərin agentlərlə iş prakstikasında cari prosedurlardır, bu prosedurlar agentlərin sifarişçilərlə əlaqələrin de-şifrə edəcək məlumatların , audio-video yazılarının ələ keçməməsi üçün önləyici addımlarıdır.

Azərbaycan cəmiyyəti özünə məxsus dəyərlərin birləşdirdiyi, böyüyə, qadına hörmətin bu dəyərlər toplusunda əsas yer tutduğu bir cəmiyyətdir. Bizim cəmiyyətdə böyüyə, qadına hörmətsizlik fərdlərə deyil, cəmiyyətə, el-obaya hörmətsizlik kimi qəbul edilir. Kənar təsir agenti kimi Bəbirov fəaliyyətini Azərbaycan cəmiyyətinin, hökumətinin aparıcı, nüfuzlu simalarının təhqir və tənqidlərlə əslində Azərbaycan cəmiyyətini birləşdirən dəyərlərin gözdən salınmasına yönəlmiş bir fəaliyyətidir.

Bu günlərdə Bəbirov sosial media üzərindən öz təxribatçı kampaniyasına Novruz bayramına qədər, əfv gözləntisi şərti ilə ara verdiyini elan etmişdir. Onun bu yanaşması bir sıra sözdə insan haqları təşkilatlarının bəyanatlarına ilə eyni vaxtda səslənməsi də təəccüblü deyil. Çünki keçən yazımda haqqında danışdığımız siyasi və iqtisadi lobbi qruplarının məlum QHT şəbəkəsinin və onların ölkədəki hüquqa aidiyyatı olmayan, lakin özünü hüquq müdafiəçisi adlandıran şəbəkəsi vasitəsi ilə şübhəli əsaslarla hazırladığı siyasi məhbus siyahısı adlı surroqat sənəd üzərindən Azərbaycana təzyiq və təsir etmək planları mövcuddur.

Azərbaycan hökumətinin bayramqabağı əfv vermək ənənəsi var, bu yaxınlarda isə əfv komissiyası üzvləri və insan haqları müdafiəçilərinin siyasi fərdləri də əhatə edəcək bir əfv anonsu oldu. Odur ki, xarici GONGO-ların , istərsə də açıqlamalarını siyasi spekulyasiya da adlandıra bilərdik , lakin burada diqqəti çəkən digər bir məqam var. Azərbaycan hökumətinin əfv ənənəsi ancaq ölkə Konstitusiyası və milli qanunvericiliyin şərtləri altında formalaşıb. Azərbaycan iqtidarı dünyadakı bütün müstəqil, güclü hökumətlər kimi istənilən mövzuda şərt və ultimatumları tonlarını qəbul etmir. Bu, artıq illərdir istər xaricdə, istərsə də daxildə qəbul edilən bir reallıqdır. Azərbaycan hökumətinin bayram qabağı əfv vermək adət ənənəsini, həmçinin əfv komissiyası üzvləri və insan haqqları müdafiəçilərinin siyasi fərdləri də əhatə edəcək bir əhv anonsunu olduğu halda bu təşkilatların və Bəbirovun belə spekulyasiyasını "Azərbaycan hökumətini kənar təsirlər altında qərar verdi" görüntüsü yaratmağa xidmət edir. İstənilən müstəqil, güclü hökumətlər kimi Azərbaycan hökuməti də belə bir görüntünü göstərmək istəməyəcəyini nəzərə alsaq, Bəbirov və onun xidmət etdiyi dairələrin addımları mümkün əfv prosesinə mane olmaqdır.

Yeganə Hacıyeva

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert