Ağsuda zəlzələ olub

9 Fevral 2019 21:19 (UTC+04:00)

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 20:35-də baş vermiş yeraltı təkanların gücü 2,9 bal təşkil edib. Zəlzələ 3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

AzNews.az