Fransada etiraz aksiyalarında 51 mindən çox şəxs iştirak edib

9 Fevral 2019 23:12 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu ölkənin DİN-i bildirib.

Məlumata əsasən, bu gün 51,4 min insan Fransada etiraz aksiyalarına qatılıb, onlardan 4 mini Parisin payına düşür. Ötən həftənin şənbə günü etirazçıların sayı 58 min təşkil etmişdir.

Sayca 13-cü olan aksiya bu gün səhər saatlarında Parisdə Zəfər tağından başlayıb. Daha sonra etirazçılar Fransanını Milli Məclisi tərəfinə istiqamətləniblər, orada aksiya iştirakçıları və polis arasında qarşıdurma baş verib. Asayiş keşikçiləri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

AzNews.az