İranda güclü zəlzələ oldu - Yaralılar var

10 Fevral 2019 18:49 (UTC+04:00)

İranın cənubundakı Hörmüzgan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

Nəticədə üç nəfər yaralanıb. Onlardan biri 17 yaşlı qızdır. Bütün zərərçəkənlər həmin rayon ərazisindən çıxarılaraq xəstəxanalara yerləşdiriliblər.

Xilasetmə qurumunun nümayəndəsi bildirib ki, zəlzələ ocağı yerin 10 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar zamanı 15 yaşayış evinə zərər dəyib. (qafqazinfo)

AzNews.az