Barda atışma – 2 yaralı

21 Aprel 2013 17:35 (UTC+04:00)
Bazar günü gecə saatlarında Moskvanın mərkəzində barda atışma baş verib. Gecə klubunun mühafizəçiləri güllələyən şəxslər qaçıb gizləniblər. Ağır yaralanan mühafizəçilər xəstəxanaya yerləşdirilib.

Güllə atan qrupun 6-8 nəfər olduğu bildirilir. Onların mühafizəçilərlə hansı səbəbdən mübahisə etdiyi və güllə açdığı araşdırılır.

Elnarə
AzNews.az