Gizli CİA sənədləri ortaya çıxdı: "Bu, təxribat ola bilər..." - FOTOLAR

10 Fevral 2019 20:38 (UTC+04:00)

Sənədlərdə illər öncə "Challenger" kosmik gəmisinin qəzaya uğramasının səbəbi haqda iddialar yer alıb.

"Challenger" kosmik gəmisi 1986-cı ildə 10-cu uçuşunu həyata keçirmək üçün ABŞ-ın Florida ştatında yerləşən "Cape Canaveral"dan kosmosa buraxılıb.

Gəmi uçuşun 73-cü saniyəsində havada partlayaraq yox olub. Partlayışa səbəb kimi yanacaq sızması göstərilib. Gəmidəki 7 pilot faciəvi şəkildə həlak olub. "Challenger" məhv olan ilk peyk kimi tarixə düşüb.

Həmin dövrdə ABŞ və SSRİ arasında soyuq müharibə hökm sürürdü.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, CİA-da müdir köməkçisi vəzifəsində çalışan ABŞ generalı Daniel O. Qrahamın son dərəcə gizli olan bəzi sənədləri ortaya çıxıb. Belə ki, Qraham o dövrdə ABŞ prezident olan Ronald Reyqana və beynəlxalq təhlükəsizlik məsələləri üzrə məsləhətçisinə qəzanın SRRİ tərəfindən planlamış bir təxribat ola biləcəyini deyib və bununla bağlı araşdırma aparılmasını tövsiyə edib.

Yenicə ortaya çıxarılan sənədlərdə həmin dönəmdə CİA direktoru olmuş Villiam Keysin SSRİ təxribatı ehtimalının güclü olduğu barədə bu qeydi gözə çarpır. Qrahamın xəbərdarlığında isə Titan 34D, Ariane 3, Nike Orion ve Delta 3914 tipli raketlərin uğursuzluqlarının SSRİ tərəfindən təxribat ola biləcəyi bildirilir.

Qrahamın qələmə aldığı sənədlərdə Qərb tərəfindən yaradılan kosmik gəmilərdə 1983-cü ilin avqustunda və sonralar qəza hallarının yaşandığı vurğulanır.

Təxribat iddiaları CİA-nın önəmli simaları tərəfindən dilə gətirilmiş olsa da. SSRİ-nin ABŞ-ın kosmik proqramlarına kölgə salmaq üçün planlar qurub qurmadığı heç bir zaman sübut olunmayıb.

Soyuq müharibə illərinin ilk günündən son gününə qədər ABŞ və SSRİ arasında kosmosda amansız bir yarış hökm sürürdü. SSRİ kosmosa insan göndərən ilk ölkə oldu. Kosmosa insan göndərən SSRİ-inin ardınca ABŞ gözünü çox uzaqlara dikdi və Aya ilk insan göndərdi.

AzNews.az