Zakir Fərəcovdan “Bu şəhərdə”yə qadağa - Konsertə icazə verilmədi

11 Fevral 2019 09:46 (UTC+04:00)

Sumqayıt şəhər İcra Hakimiyyəti konsertlə bağlı müraciətə müsbət cavab verməyib.

AzNews.az xəbər verir ki, bu barədə teatrın özü məlumat yayıb. Teatrın bildirdiyinə görə, “Bu şəhərdə” mart ayında konsert keçirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova müraciət ünvanlanıb. Amma konsertin keçirilməsinə icazə verilməyib.

Bununla bağlı “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov sumqayıtlılara müraciət edib.

“Bu şəhərdə” sizin şəhərdə olmayacaq”, - deyə, M.Abbasov qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az