Hazırda yalnızam - Serenay Aktaş

11 Fevral 2019 10:32 (UTC+04:00)

Türkiyəli aktrisa Serenay Aktaş son günlərdə adının eşq dedi-qodusuna qarışdığı Hakan Sabancı ilə bağlı açıqlama verib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa açıqlamasında hazırda yalnız olduğunu bildirib.

O, Hakan ilə aralarında heç bir şey olmadığını vurğulayıb.

"Mən şəxsi həyatımdakı divarları çətinliklə təmizləyirəm. Kişilərə qarşı belə böyüdülmüşəm. Sevgi məsələləri ilə bağlı bir əskiklik hiss eləmirəm.Yaşım hələ 25-dir. Qarşıda kim bilir, nələr yaşayacağam”. Serenay Aktaş belə deyib.

Səidə Nurməmmədli

AzNews.az