Cizgi qəhrəmanı Şrek əslində kim olub? - FOTO
21 Aprel 2013 18:30 (UTC+04:00)
Hamımızın "Shrek" kimi tanıdığı cizgi qəhrəmanı əslində peşəkar güləşçi olub.
Söhbət Maurice Tilletdən gedir. O, 1903-cü ildə Fransada anadan olub. 14 dildə danışa bilirmiş. Anası o dövrün məşhur dil professoru idi, atası isə dəmir yolu mühəndisi. Tillet atasını çox gənc yaşlarında itirib.
Aznews.az-ın məlumatına görə, uşaqkən bir mələyi xatırladan üzü səbəbiylə "Mələk" ləqəbiylə çağrılırmış. 1917-ci ildə Tillet və anası İnqilab səbəbiylə Rusiyanı tərk edib və Fransaya köçürlər.Tillet 1940-cı ildə ən böyük güləş ulduzuna çevrilib. Görünüşündən fərqli olaraq o, əyləncəli birisi olub.
20 yaşında ikən akromelaqiya adlı xəstəliyə yoluxub. Bu xəstəliyin ən əsas göstəricisi sümüklərin inanılmaz intensivliklə böyüməsidir. Şrek cizgi filmində Şrek obrazı məhz bu insanın əsasında canlandırılıb.
"Mələk" ləqəbli Tillet 1951-ci ildə ürək xəstəliyindən vəfat edib.
Xəyalə
AzNews.az