Polis 17 nəfəri saxladı - Uludağ cinayətinə görə

11 Fevral 2019 11:56 (UTC+04:00)

Türkiyənin məşhur tətil mərkəzlərindən olan Uludağda çıxan silahlı qarşıdurma nəticəsində 17 nəfər saxlanılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Uludağ Birinci Otellər Bölgəsindəki iki qrup arasında çıxan və bir nəfərin həyatını itirdiyi, 3 nəfərin yaralandığı qarşıdurmanın detalları ortaya çıxıb.

Qarşıdurmanın Uludağ qış festivalındaki təhlükəsizlik xidməti əməkdaşları və xizək kirayəsi ilə məşğul olan qrup arasında olduğu öyrənilib.

Yaşanan silahlı qarşıdurmada 19 yaşlı Yusuf Kösenin həyatını itirdiyi məlum olub.

Polislər yaşanan hadisənin ardından təhlükəsizlik xidməti əməkdaşlarından və xizək kirayəsi ilə məşğul olan şəxslərin içindən 17 nəfəri saxlayıb. Saxlanılan şəxslər Uludağ polis bölməsinə aparılıb.

Yaşanan qarşıdurma zamanı bir çox müəssisə və otellərin pəncərələri qırılıb.

Hadisənin ardından tətil üçün gələn şəxslərin bir çoxunun tətilini yarımçıq qoyub geri döndüyü müşahidə olunub.

Nigar CƏFƏR

AzNews.az