Türkiyədə jandarmanın keçirdiyi əməliyyatlarda 72 terrorist zərərsizləşdirilib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şərqi və Cənub-Şərqi Anadolu bölgəsində PKK terror qruplaşmalarının yaşayış yerlərinə əməliyyat keçirilib.
Keçirilən 10 min 659 əməliyyatda 72 terrorist zərərsizləşdirilib, çox sayda sığınacaq yox edilib.
Sığınacaqlardakı silah-sursat və gündəlik istifadə edilən əşyalar müsadirə olunub.
Pərvanə Ağazadə
AzNews.az