Paşa Qəlbinur oğlundan danışdı: "Xizək sürərkən ayağı büdrəyib, yıxılıb..."

11 Fevral 2019 12:55 (UTC+04:00)

Respublika Diaqnostika mərkəzinin Oftolmoloji Klinikasının həkimi Tural Qəlbinur Şahdağ qış-yay turizm kompleksində xəsarət alıb.

Professor Paşa Qəlbinur AzNews.az-a açıqlamasında hadisəni təsdiqləyib. O, bildirib ki, oğlu Tural Qəlbinur Şahdağda xizək sürərkən yıxılıb:

“Narahatlığa əsas yoxdur. Tural xizək sürərkən ayağı büdrəyib, yıxılıb. Bir balaca ayağı sıyrılıb”.

Bahar RÜSTƏMLİ
AzNews.az