Baba nəvənin ölümünə səbəb oldu...

11 Fevral 2019 13:41 (UTC+04:00)

Fevralın 9-da, saat 19:00 radələrində Beyləqan rayonunun Qaradağlar kəndi ərazisində şəhər sakini Elbrus Nəcəfov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarında dayanmış Füzuli rayon sakini Şahin Teymurova məxsus “KamAZ” markalı maşına vurub.

Bu barədə AzNews.az-a Daxili İşlər Nazirliyi məlumat verib.

E.Nəcəfovun sərnişinlərindən azyaşlı nəvəsi Nurcan Nəcəfova hadisə yerində ölüb, digər sərnişini, arvadı Mərziyyə isə xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

AzNews.az