6 nəfərin ölümünə səbəb olan sürücü şikayət etdi

11 Fevral 2019 13:58 (UTC+04:00)

Şirvan Apellyasiya Məhkəməsində Sabirabad rayonunda traktorun su kanalına düşməsi nəticəsində 6 nəfərin ölümünə səbəb olan sürücü - Xalid İmanovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

AzNews.az-ın məlumatına görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, X.İmanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib. Rayonun Şəhriyar kənd sakini, İmanov Xalid Əjdər oğlu idarə etdiyi traktorla tarlaya işçiləri aparan zaman traktor idarəetmədən çıxaraq su kanalına düşüb.

Nəticədə qoşquda əyləşən 7 qadın sərnişindən 6-sı ölüb. Daha iki nəfər isə ağır halda Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Dünyasını dəyişən şəxslər - 1978- ci il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı, 2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı, 2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı, 1983-cü il təvəllüdlü Həsənova Xəyalə Əbdülhəsən qızı, 1966-cı il təvəllüdlü İmanova Məlahət Nuxbala qızı, 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızıdır.

Hadisə nəticəsində ölən şəxslər arasında ana və 18 yaşlı əkiz qızları da olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Azər
AzNews.az