Saakaşvilinin sensasion Gürcüstan planı...

11 Fevral 2019 14:57 (UTC+04:00)

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hələlik ölkəsinə geri qayıtmaq haqda düşünmür.

O, bu barədə Belçikada keçirilən beynəlxalq konfansda çıxışı zamanı bildirib.

Mixail Saakaşvili fikrini Gürcüstana qayıtmaq üçün şərtlərin uyğun olmaması ilə əsaslandırıb:

“Bu gün evə qayıtmaq üçün vəziyyət əlverişli deyil. Qarşıdakı həftələrdə və aylarda bu əlverişli imkanı hazırlamaq lazımdır. Çünki ölkəmizin dağılmasına kənardan baxmaq ağırdır”.

Mixail Saakaşvili Gürcüstanda kəskin siyasi dəyişiklik üçün hazır plana sahib olduğunu da açıqlayıb: “Təcili və kəskin dəyişiklik üçün planım var. Hələlik ölkə oliqarxların əlindədir”.(teleqraf.com)

AzNews.az