Şoyqu Türkiyədədir

11 Fevral 2019 15:16 (UTC+04:00)

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ankaradadır.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hülusi Akar Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Akar qonağını hərbi mərasimlə qarşılayıb. İki ölkənin himni hərbi orkestr tərəfindən çalınıb. Şoyqu onları “Merhaba asker” deyərək salamlayıb.

Qonaq nazir nazirliyin özəl dəftərini imzalayandan sonra Akar və rus həmkarı görüşə başlayıb.

Görüşə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da qatılıb.

Pərvanə Ağazadə

AzNews.az