Şəbnəmin keçmiş sevgilisinə ərə gedən Vəfanın dəbdəbəli evi - VİDEO

11 Fevral 2019 15:55 (UTC+04:00)

Azərbaycanlı müğənni Vəfa Şərifova "Evdəkilərə salam" verilişinin çəkiliş komandasını evində qonaq edib.

AzNews.az xəbər verir ki, qonaqları üçün biri-birindən dadlı təamlar hazırlayan ifaçı yeni dünyaya gəlmiş qızını da ilk dəfə sözü gedən verilişdə göstərib.

Bundan başqa müğənninin dəbdəbəli mənzili də diqqətdən qaçmayıb.

Qeyd edək ki, Vəfa Şərifova bir neçə ay əvvəl Şəbnəm Tovuzlu ilə böyük qalmaqal yaşayıb.

İki xanım sənətçi arasındakı qalmaqala səbəb bir müddət öncə adı mətbuatda hallanan Famil adlı şəxsdir.

Belə ki, Famil illər öncə Ş.Tovuzlu ilə vətəndaş nikahında yaşayıb və sonradan münasibətlər gərginləşdiyindən onlar ayrılıblar. Bir müddət sonra isə Famil Ş.Tovuzlunun həmkarı Vəfa Şərifova ilə münasibətə başlayıb.

Aynur

AzNews.az