Rus turist özünü dördüncü mərtəbədən atdı

11 Fevral 2019 15:47 (UTC+04:00)

Banqkokun Suvannaphum hava limanında dördüncü mərtəbədən yerə yıxılan rus turist ölüb.

“TASS” agentliyinin xəbərinə görə, bu barədə Rusiyanın Tailanddakı səfirliyinin konsulluq şöbəsinin müdiri Vladimir Pronin bildirib.

Diplomatın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları adı açıqlanmayan 44 yaşlı kişinin intihar etdiyini ehtimal edirlər.

Hadisənin digər motivləri araşdırılır.(qafqazinfo.az)

AzNews.az