Xorvatiyalı nazir Bakıya gəlir

11 Fevral 2019 16:12 (UTC+04:00)

Xorvatiyanın ətraf mühit və energetika naziri Tomislav Çoriç Azərbaycana səfər edəcək.

Bu barədə həmin ölkənin Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, xorvatiyalı nazir fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edəcək.

Nümayəndə heyətinə Xorvatiyanın “Plinacro” və “LNG Croatia” şirkətlərinin nümayəndələri də daxil olacaq.(report.az)

AzNews.az