Sinem Kobal Iğdırda uşaqları ziyarət etdi - FOTO

11 Fevral 2019 16:35 (UTC+04:00)

Türkiyəli aktrisa və model Sinem Kobal siması olduğu marka ilə birlikdə Iğdırda uşaqları ziyarət edib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Iğdırın Babacan kəndində ibtidai siniflərini ziyarət edən Sinem Kobal və firma nümayəndələri şagirdlərlə bir araya gəlib.

Uşaqlarla birlikdə əyləncəli bir gün keçirən Sinem Kobal belə deyib:

“İşimin ən sevdiyim tərəflərindən biri başqa həyatlara toxuna bilməkdir. Mənim üçün çox dəyərli və unudulmaz xatirələrlə dolu keçən bir gün oldu. Uşaqlar hər şeyin ən gözəlinə layiqdirlər. Gözlərindəki o sevgi və xoşbəxtliyi gördüyüm, onlar üçün bir şeylər edə bildiyim üşün çox xoşbəxtəm’’-deyib.

Uşaqlar Sinem Kobal ilə bol-bol xatirə şəkilləri çəkdiriblər.

Səidə Nurməmmədli

AzNews.az