Türkiyə millisinin baş məşqçisi istefaya göndərildi

11 Fevral 2019 16:58 (UTC+04:00)

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.

"Habertürk" xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) rumıniyalı mütəxəssisin müqaviləsini ləğv edib.

Sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Anlaşmaya görə, 74 yaşlı baş məşqçi TFF-dən 4 aylıq maaşını alacaq.

Qeyd edək ki, Mirça Luçesku 2017-ci ilin yayından yığmaya rəhbərlik edib. Luçeskunu bu postda "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin əvəzləyəcəyi gözlənilir.(report.az)

© AzNews.az