Rumıniya aviaşirkəti Buxarest-Bakı reysini ləğv etdi

11 Fevral 2019 18:08 (UTC+04:00)

Rumıniyanın TAROM aviaşirkəti Buxarest-Bakı reysini ləğv edib.

Reys şirkət üçün yüksək xərclərlə əlaqədar ləğv olunub.

TAROM şirkətinin saytından aviareys barədə məlumatlar və bilet sifarişi yığışdırılıb.

Həmin reysin aprelin 3-də işə düşəcəyi gözlənilirdi.

Qeyd edək ki, ilk dəfə Buxarest-Bakı reysinin işə düşəcəyi barədə məlumatlar ötən ilin oktyabrında yayılmışdı. Hər iki istiqamətdə biletlərin qiymətinin 341 avrodan başlayacağı deyilirdi. (trend)

AzNews.az