İlham Əliyev Zahid Orucu vəzifəyə təyin etdi

11 Fevral 2019 18:56 (UTC+04:00)

Prezident İlham Əliyev yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə sədr təyin edib.

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, Zahid Oruc Milli Məclisin deputatıdır.

AzNews.az