Hoteldə güclü yanğın - 9 nəfər öldü

12 Fevral 2019 09:02 (UTC+04:00)

Hindistanın paytaxtı Yeni Dehlidə hoteldə baş verən yanğın nəticəsində 9 nəfər həyatını itirib.

Yanğın yerli vaxtla 04:30-da baş verib.

35 nömrəsi olan 3 mərtəbəli “Arpit Palace” hoteli paytaxta işlə bağlı səfər edən bir ailənin üzvləri tərəfindən tam tutulmuşdu.

Yerli KİV-lər ölənlər arasında uşaq və qadınını olduğunu da bildirir.

Hadisə yerində xilasedicilər və yanğın briqadaları işləyir. Ölənlərin sayı arta bilər.(trend.az)

© AzNews.az