Sənətə olan sevgisi ilə tanınan Türkiyənin komediya ustası Ata Demirer tablo kolleksiyasını genişləndirir.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, komediya ustası 1991-ci ildə çəkilən “ Mediterrano” (Aralıq dənizi) filmindən elə təsirlənib ki, filmin baş rolundakı Vanna Barbanın yer aldığı bir tablo üçün rəssam Çağatay Odabaşın qapısını döyüb.
Çağatay Odabaş sadəcə nöqtələrdən hazırlanan tablonu dünən Ata Demirerə təslim edib.
Tablo üçün 150 min lirə ödəyən Ata Demirer "Unudulmaz 'Mediterraneo" filmini və Vanna Barbanı mənə gətirən əziz Çağatay Odabaşa təşəkkür etməz azdır" deyib.
Səidə Nurməmmədli
AzNews.az