Əfqanıstanda qəza - türklər əsir alındı

22 Aprel 2013 07:50 (UTC+04:00)
Əfqanıstanın Loqar bölgəsinin Azər adlanan ərazisində helikopter qəzaya uğrayıb. Nəticədə aralarında türklərin də olduğu bildirilən 7 nəfərin sağ qurtulsa da, Taliban tərəfindən əsir alındığı iddia edilir.

Əsir alınanlardan ikisi Amerika vətəndaşı olan türklərdir.
Taliban bununla bağlı yayılan məlumatlara hələlik heç bir reaksiya verməyib.

Elnarə
AzNews.az