Baxçada qalmaqal: xidmətçi kişi 5 yaşlı qıza qarşı seksual... - VİDEO

12 Fevral 2019 11:17 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankarada baxçaların birində iyrənc olay yaşanıb.

AzNews.az xəbər verir ki, xidmətçi işləyən kişi 5 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Buna etiraz olaraq 50-dən çox valideyn baxçanın qarşısına toplaşıb. Onlar həmin şəxsin həbs edilməsini tələb ediblər.

Belə ki, xidmətçinin dəlil çatışmazlığından sərbəst buraxılacağı deyilir. Valideynlər bu məsələnin üstünü örtməyə çalışanları da sərt şəkildə tənqid atəşinə tutublar.

Aynur

AzNews.az