Misir Mərdanov çıxarıldı, ancaq...
22 Aprel 2013 08:09 (UTC+04:00)
Təhsil Nazirliyində rəhbər dəyişikliyindən sonra nazirliyin saytında yeni nazirin avtobioqrafiyası barədə heç bir məlumat verilmədiyi və Misir Mərdanovun hələ də nazir kimi qeyd olunduğu barədə xəbər vermişdik.
Artıq nazirliyin saytında müəyyən dəyişiklik edilib və Misir Mərdanovun tərcümeyi-halı nazir bölməsindən çıxarılıb. Eləcə də kollegiya ilə bağlı məlumatların da yenidən hazırlandığı barədə məlumat verilir.
Misir Mərdanovun yerinə təyin edilən Mikayıl Cabbarov barədə məlumat isə hələ də sayta daxil edilməyib və bu məlumatın hazırlandığı vurğulanıb.
Bununla belə saytda nazirlik bölməsində son olaraq Misir Mərdanovun təyinatı barədə məlumat hələ də qalmaqdadır. Yəni bu məlumatı Mikayıl Cabbarovun nazir təyin olunması ilə bağlı prezident sərəncamı hələ də əvəzləməyib.
Orxan
AzNews.az