Ukraynalı deputat ölkənin məhvindən danışdı

12 Fevral 2019 13:52 (UTC+04:00)

Ali Radanın deputatı Vadim Rabinoviç hesab edir ki, “kütlük və axmaqlıq” Ukraynanın məhvinə aparır.

Onun sözlərinə görə, Ukraynada ərzağın 70 faizinin qiyməti Böyük Britaniya və Almaniyadakından bahadır:

“Bu bizim maaşlarımızın on dəfə az olması ilə bağlıdır. Belə vəziyət ancaq məhvə məhkum edilmiş ölkədə mümkün ola bilər”.

Parlamentari qeyd edib ki, onun gözləri önündə böyük, qüdrətli ölkə məhv edilir: “Üç səbəbdən – axmaqlıq, kütlük və pis niyyətdən belə olur. Biz isə sizinlə necə öldürüldüyümüzü seyr edirik və susuruq”.(teleqraf.com)

AzNews.az