Avrokuboklardakı matçlar bir dəqiqəlik sükutla başlayacaq

12 Fevral 2019 14:33 (UTC+04:00)

Çempionlar Liqası və Avropa Liqasında bu həftə keçiriləcək oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Təyyarə qəzasında dünyasını dəyişən argentinalı hücumçu Emiliano Salanın xatirəsi yad ediləcək.

28 yaşlı hücumçu yanvarın 19-u “Nant”dan “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-i Böyük Britaniyaya qayıdarkən 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi.

Qeyd edək ki, argentinalı hücumçu “Nant”da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.(qafqazinfo.az)

AzNews.az