Paşinyan yeni inqilabın başladığını elan etdi

12 Fevral 2019 14:37 (UTC+04:00)

Bu bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentə hökumət proqramını təqdim edən zaman səsləndirib.

Paşinyan bildirib ki, Ermənistan bir daha kriminal-oliqarx idarəçilik sisteminə qayıtmayacaq.

“Yaxın zamanda, vətəni kriminal-oliqarx və korrupsiyaçı idarəetmə sisteminin sonuncu batsillərindən (çöpşəkilli mikrob – red.) təmizləməliyik”, - Paşinyan söyləyib.

Paşinyan ölkəsində çoxsaylı problemlərin olduğunu etiraf edərək, onların çözümünün hökumətin əsas prioriteti olduğunu vurğulayıb.

O, dekabrda keçirilən parlament seçkilərinə toxunaraq, belə bir seçkinin Ermənistan üçün mislinin olmadığını, belə ki, nəticələrinin heç kimdə şübhə oyatmadığını dilə gətirib.

Paşinyanın sözlərinə görə, o, təkcə ona səs verənlərin deyil, ölkənin bütün vətəndaşlarının baş naziridir.(oxu.az)

AzNews.az