Cemil İpekçi Hadisəni yıxıb sürüdü - "3 dəfə oynadı, məşhurlaşdı"

12 Fevral 2019 14:54 (UTC+04:00)

Türkiyəli məşhur modelyer Cemil İpekçi Kanal D-də yayımlanan “2.Sayfa” verilişində müğənni Hadisəni yıxıb sürüyüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, verilişdə Hadisənin kürk geyinməsi xəbəri haqqında Cemil İpekçi “Adı kimi hadisə olub, danışmağa gərək yoxdur. Belçikada heç kim kömək etmədi, bura gəldi. Türkiyədə tanınmaq üçün saçını sarıya boyadı, 2 dənə mahnı oxudu, 3 dəfə oynadı və məşhurlaşdı. Zövqlü bir qadın deyil. Olması da mümkün deyil” deyib.

Nigar CƏFƏR

AzNews.az