Gənc qadın abort zamanı dünyasını dəyişib

12 Fevral 2019 14:43 (UTC+04:00)

Hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun İnçə kəndində yaşayan Ağstafa sakini, 24 yaşlı qadın bu gün səhər saatlarında abort üçün xəstəxanaya müraciət edib.

Xəstəxananın Doğum şöbəsində mama-ginekoloq Roza Babayeva tərəfindən abort edilən qadının bir qədər sonra halı pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, bu, qadının 3-cu hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az