"İdman-Azərbaycan” telekanalının rəhbərliyi dəyişdi

12 Fevral 2019 15:20 (UTC+04:00)

AzTV sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədovun kadr islahatları davam edir. Sərəncamla tanınmış idman şərhçisi Siyavuş Əliyev "İdman-Azərbaycan” telekanalının direktor əvəzi təyin olunub.

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı AzTV-dəki mənbə bildirib.

Onun sözlərinə görə, Siyavuş Əliyev artıq öz vəzifəsinin icrasına başlayıb.

"İdman-Azərbaycan”ın direktoru vəzifəsini AzTV-nin keçmiş sədri Babək Hüseynoğlunun vaxtından sədrin köməkçisi kimi çalışan Fərman Orucov daşıyıb.

O, bu vəzifəyə 2015-ci ilin mayında sədr Arif Alışanov tərəfindən təyin edilmişdi.

Qeyd edək ki, Fərman Orucov yenə də sədrin köməkçisidir.

AzNews.az