Türkiyədə partlayış - Bina dağıldı

12 Fevral 2019 15:44 (UTC+04:00)

Türkiyənin cənubunda Qaziəntəp vilayətində yaşayış binasında partlayış baş verib.

Partlayış nəticəsində binanın böyük hissəsi dağılıb.

İlkin məlumata görə, insident nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Partlayışın səbəbi kimi qaz sızması göstərilir. Hadisə yerinə xilasedicilər və tibbi yardım cəlb olunub.(trend.az)

AzNews.az