Ana dükanda uşağına oğurluq etməyi öyrətdi - kameraya düşdü

12 Fevral 2019 16:08 (UTC+04:00)

Türkiyənin Bursa şəhərində bir qadın iki uşaqla əşya dükanına girib və 6 yaşlı uşağına oğurluq etdirib. Digər uşaq isə o zaman arabada olub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, uşağa nə edəcəyini başa salıb, arabadaki uşağı isə qucağına alıb.

Uşaq anasının göstərdiyi oyuncağı arabaya qoyub. Daha sonra hər üçü hadisə yerindən uzaqlaşıb.

Mağaza sahibi təhlükəsizlik kamerasındaki görüntüləri gördükdən sonra polisə xəbər edib.

O, polisə “Oğurlanan oyuncaqlar məni narahat etmir. O yaşda uşağa oğurluq öyrətmək məni narahat edir” deyib.

Nigar CƏFƏR

AzNews.az