Bu ölkədə cəllad axtarılır - Elan verildi

12 Fevral 2019 15:49 (UTC+04:00)

Şri Lanka hökuməti edam cəzasını yenidən tətbiq edəcəyini açıqlamasından sonra cəllad işi ilə bağlı rəsmi elan verilib.

Elan rəsmi "Daily News” qəzetində yerləşdirilib.

İşə götürüləcək cəlladlara 203 dollar maaş veriləcək.

Elanda namizədlərin 18-45 yaşlarında, kişi, o cümlədən mükəmməl əxlaqi xarakterə və ağlı yerində olması barədə şərtlər yer alıb.(bakupost.az)

AzNews.az