Sarkisyanla Ohanyan istintaqda üzləşdirildi

12 Fevral 2019 16:45 (UTC+04:00)

Ermənistanın eks-prezidenti Serj Sarkisyanla keçmiş müdafiə naziri Seyran Ohanyan Xüsusi İstintaq Komitəsində üzləşdirilib.

Üzləşmə 2008-ci il martın 1-i istintaqı çərçivəsi ilə əlaqədar aparılmayıb. Sarkisyan başqa cinayətlə bağlı şahid qismində üzləşdirilib.

Ermənistan qanunvericiliyinə görə, üzləşmə eyni iş çərçivəsində sorğulanmış şəxslərin ifadəsi üst-üstə düşməyəndə keçirilir.(report.az)

© AzNews.az