Çeçenlərlə tatarlar arasında kütləvi dava - VİDEO

12 Fevral 2019 17:15 (UTC+04:00)

Rusiyanın Tümen vilayətinin Tobolsk rayonundakı “Voyaj” kafesində kütləvi dava baş verib.

Ura.ru saytının verdiyi məlumata görə, tatar və çeçen diasporları arasında dava fevralın 9-u, gecə saatlarında olub.

Onlar əvvəlcə rəqs meydanında dalaşıblar, daha sonra isə kafedəki stullarla bir-birinə hücum ediblər.

Münaqişəyə kafeyə gələn iki müştəri arasındakı mübahisə səbəb olub.

Polis davanın bütün iştirakçılarının şəxsiyyətini müəyyənləşdirib.

Faktla bağlı cinayət işi başlanıb.(oxu.az)

AzNews.az