Ukrayna dövləti çökə bilər - Saakaşvili

12 Fevral 2019 17:21 (UTC+04:00)

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hazırki Ukrayna lideri Pyotr Poroşenkonun seçkilərdə qələbəsi halında, onun bir dövlət kimi süquta uğrayacağını ehtimal edir.

O bu barədə Almaniya KİV-nə açıqlamasında deyib.

“Poroşenko başqasına dəyişdirilməsə, Ukrayna dövlətini süqut gözləyir. Ölkə çox yerə parçalana bilər”.

Saakaşvilinin fikrincə, bütün namizədlərin öz problemləri var və seçkilər Ukrayna dövlətinin olum ya qalım məsələsinə çevriləcək.(modern.az)

AzNews.az