Tanışını dəmir parçası ilə vurdu, 4 il 6 ay iş aldı

12 Fevral 2019 17:31 (UTC+04:00)

Tanışını dəmirlə vurub xəsarət yetirməkdə təqsirləndirilən İlqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən İlqar Hüseynov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan İ.Hüseynov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, İ.Hüseynov mübahisə zəminində tanışı Pərvin İsayevi dəmir aləti ilə başına vurub.

İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüb.

Azər
AzNews.az