Fransada məhkəmələrin barələrində hökm çıxardığı “sarı jiletlilər”in sayı açıqlandı

12 Fevral 2019 20:20 (UTC+04:00)

Fransada “sarı jiletlilər” hərəkatının keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşların iştirakçıları barədə məhkəmələr tərəfindən 1800-dək hökm verilib.

Bu barədə ölkənin Baş nazir Eduard Filip məlumat verib.

“Hərəkat başlayandan bu günədək məhkəmələr tərəfindən 1796 hökm verilib, 1422 nəfər də barələrində məhkəmə hökmünü gözləyir”, - deyə hökumət başçısı parlamentin aşağı palatasında deputatların suallarını cavablandırarkən deyib.

AzNews.az