Koçaryana qarşı yeni ittiham irəli sürüldü

12 Fevral 2019 20:56 (UTC+04:00)

Ermənistan Xüsusi İstintaq Xidməti bu gün eks-prezident Robert Koçaryana qarşı yeni ittiham irəli sürüb.

Bu barədə Koçaryanın vəkilləri məlumat veriblər.

Eks-prezidentə “külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açılıb. İttiham iş adamı Silva Ambartsumyanın şikayəti əsasında irəli sürülüb.

Sahibkar 2018-ci ildə mətbuat-konfranslarından birində bəyan etmişdi ki, 2008-ci ildə ərəblərlə böyük bir müqavilə imzalayıb və “mane olmaması üçün” o zamanki prezident Koçaryana rüşvət verib.

Ermənistanın eks-prezidenti isə öz növbəsində iş adamını məhkəməyə verərək onu böhtan atmaqda günahlandırıb.

Qeyd edək ki, hazırda həbsdə olan R. Koçaryan 1 mart 2008-ci il hadisələri zamanı konstitusion quruluşun devrilməsində ittiham olunur. (qafqazinfo)

AzNews.az