Məşhur aparıcıdan canlı efirdə ŞOK ETİRAF: "10 ildir ki..." - VİDEO

12 Fevral 2019 21:23 (UTC+04:00)

"Mikrobları görürsünüz? Mən də görmürəm. Deməli, onlar yoxdur və mikroblarla bağlı deyilənlər düz deyil".

ABŞ-ın ən populyar teleaparıcılarından biri, Fox TV telekanalındakı "Fox & Friends" proqramının aparıcılarından olan Pet Brayan Heqset belə deyib.

AzNews.az Milli.Az -a istinadən bildirir ki, Əfqanıstan və İraqdakı müharibələrin veteranı, 38 yaşlı teleaparıcı mikrobların mövcudluğuna inanmadığını, bu səbəbdən də 10 ildən bəri əllərini yumadığını etiraf edib.

Dünən ABŞ-da Milli Pitsa Günü qeyd olunub. "Fox & Friends"un aparıcılarından olan Cedediya Bila bundan danışarkən deyib: "Günlərin birində Piter Heqset çəkiliş meydançasında köhnə pitsanı həvəslə yeyib. Bunu özüm gördüm. Həmin pitsa günlərlə çəkiliş meydançasında qalmışdı".

Buna cavab olaraq Piter Heqset söyləyib: "Mikrobların varlığına inanmıram. Əllərimi yumuram və bu səbəbdən də özümü pis hiss etmirəm. Əslində, başqalarının "antisanitariya" dedikləri məqam mənim orqanizmimi, səhhətimi qoruyur. əllərim də təmizdir".

AzNews.az